Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi

Putin müqəddəs mətnləri toxunulmaz etməyi təklif etdi


Rusiya prezidenti Vladimir Putin Dövlət dumasına müqəddəs kitabların mətnlərinin ekstremist yönlü tanınmağını qadağan edən qanun layihəsini çıxarıb.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, İncil, Quran, Tanah və Qancuru müdafiə altına almaq təklif edilib.

“İncil, Quran, Tanah, Qancur və onların mətnləri və onlardan götürülən sitatlar ekstremist material kimi tanına bilməz”, - ekstremist fəaliyyətinə dair qanuna dəyişiklik edilən qanun layihəsinin mətnində deyilir.

Sənədə izahatda Rusiya Konstitusiyasının 28-ci maddəsi ilə hər kəsə vicdan azadlığı, o cümlədən fərdi və ya digər şəxslərlə istənilən dinə etiqad etmək və ya ümumiyyətlə, heç bir dinə etiqad etməmək hüququnun verildiyi qeyd edilib.

Qanun layihəsinin konsepsiyası Rusiyanın müvafiq mərkəzləşdirilmiş dini təşkilatları ilə razılaşdırılıb, izahatda bildirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *