Baş nazirin gəlişi şərəfinə yığılmış pambığı yapışdırdılar
Özbəkistanın Fərqanə vilayətinin Quştapa rayonunda ölkənin baş naziri Şavkat Mirziyayevin mümkün gəlişi ərəfəsində sakinləri yığılmış pambığı pambıq qutusuna yapışdırmaq göstərişi verilib, bu barədə ozodlik.org məlumat yayıb.
Oxu.Az xəbər verir ki, yerli hakimiyyət tarlalarındakı “pambıq bolluğu” ilə qürrələnmək istəyib.
Xəbər verildiyi kimi vilayətin meri Şöhrət Qaniyev “pambıq tarlalarının qar bəyazlığını” təmin etməyi tapşırıb.
400-dən çox kişi və qadın pambıq qutularına yapışqan sürtüblər və digərləri isə bura yığılmış pambığı yapışdırıblar. Fərqanə vilayətinin administrasiyası bəyan edib ki, baş verənlər barədə məlumatı yoxdur, belə bir göstəriş verilməyib.
Qeyd edilir ki, Özbəkistanın baş naziri rayona səfər etməyib.
Mənbə:> Oxu.Az