Geni dəyişən azərbaycanlılar » AzNews.info -Xəbər portalı

Geni dəyişən azərbaycanlılar

Geni dəyişən azərbaycanlılar


Azərbaycanda gen mühəndisliyi üzrə cəmi 3 nəfər mütəxəssis var və onlar da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında çalışırlar.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, laboratoriyada işləmək üçün bu 3 mütəxəssisin yetişdirilməsinə illərlə vaxt sərf edilib. “Onlar xaricdə oxumağa göndərilib, lazımi avadanlıqlarla işləyərək təcrübə keçiblər. Bu elə də asan iş deyil. Məhsuldan DNT ekstradisiya edilir, əkilir və sonra analiz edilir”, - deyə Komitənin mətbuat xidmətindən bildiriblər.

Hazırda laboratoriyanın mütəxəssisləri istehlak bazarında mütəmadi yoxlamalar apararaq əhaliyə satılan ərzaq məhsullarının genetik dəyişdirilmiş (GMO) olub-olmaması yoxlanılır. Qanuna görə, Azərbaycanda GMO məhsullarının istehsalı, istehlakı və istifadəsi qadağandır. İndiyə kimi bir dəfə iri partiya GMO qarğıdalı yağı aşkar edilib. Komitənin məlumatına görə, həm də ölkəyə gətirilən yemçilik məhsulları da mütəmadi yoxlanılır.

Amma istənilən halda 3 nəfər mütəxəssis ölkəyə daxil olan məhsul axınına tam nəzarət etmək iqtidarında deyil. Məsələ bundadır ki, çağdaş dünyada genetik dəyişdirilmiş məhsulların istehsalı getdikcə kütləviləşir. GMO istehsalına 1990-cı illərdə başlanılsa da, hazırda Azərbaycanın ticarət əlaqəsi saxladığı ölkələrin bir çoxunda genetik dəyişdirilmiş məhsulların yetişdirilməsinə rəsmi icazə verilib. Hazırda dünya əkinlərinin 11%-də (175 milyon hektar sahədə) genetik dəyişdirilmiş məhsullar əkilir. Genetik dəyişdirilmiş məhsulların istehsalına 40-dan çox ölkə icazə verib.

Onların içində ABŞ, Braziliya, Argentina, Kanada, Hindistan və Çin liderlik edir. GMO yetişdirən kiçik fermer təsərrüfatların 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Becərilməsinə icazə vermiş genetik dəyişdirilmiş bitkilərin sırasına soya, qarğıdalı, pambıq, raps, kartof və s. var. Bu məhsullar sırasında balqabaq, şəkər çuğunduru, düyü, pomidor, buğda, araxis, gül kələmi, bibər və s. də daxildir.

Dünyada GMO istehsalının belə genişlənməsi onların becərilməsinin daha ucuz başa gəlməsi ilə bağlıdır. Çünki bu sortlar adətən viruslara, soyuğa və quraqlığa davamlı olurlar. Buna görə də, kultivasiyaya, gübrələrə və zəhərli kimyəvi maddələrə daha az xərc çəkilir. Bəzi ekspertlər hətta genetik dəyişdirilmiş məhsulların tərkibində daha az kimyəvi qatışıq, toksik maddələr olmasını nəzərə alaraq onları daha təhlükəsiz sayırlar. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanın yaxın qonşuları və ticarət tərəfdaşları olan Gürcüstanda, Rusiyada və Qazaxıstanda GMO məhsulların istehsalı üçün laboratoriyalar açılır. Belarus artıq gen mühəndisliyi üzrə böyük mərkəzə çevrilib. Yaxın illərdə bu ölkələrdə kartof və buğda istehsalında GMO məhsulların dominant olacağı güman edilir. Bu ölkələr Azərbaycanın əsas ticarət ortağıdır və yaxın illərdə Qazaxıstandan alacağımız buğdanın genetik dəyişdirilmiş ola biləcəyi istisna edilmir.

Aqrar ekspert Vahid Məhərrəmov məhz bu səbəbdən ölkəyə gətirilən bütün məhsulların genetik araşdırmadan keçirilməsinin vacib olduğunu vurğulayır. “İndi biz kor kimiyik. Ölkədə GMO-nun nə olduğunu bilən normal mütəxəssislər yoxdur. GMO-nun tam zərərsiz olması barədə deyilənlərə də inanmaq olmaz. Gen dəyişikliyi təhlükəli məsələdir. Elə dəyişiklik ola bilər ki, insanların kütləvi xəstəliklərdən qırılmasına səbəb ola bilər. GMO-nun zərərli və zərərsiz olmasını müəyyən edən mütəxəssislər olmalıdır. Bu sahədə çox pis vəziyyətdəyik. Bizdə, ümumiyyətlə, bu sahəni bilən mütəxəssis yoxdur. GMO-dan danışanların əksəriyəti sarı mətbuat səviyyəsində danışan hay-küyçülərdir”, - deyə Vahid Məhərrəmov ANS PRESS-ə bildirib.

İqtisadçı ekspert bu məsələhə haqlıdır. Müasir dünyada gen mühəndisliyi ixtisası əksər universitetlərin trendidir. Qonşu Rusiya da son bir-iki ildə bu sahədə müşahidə edilən geriliyi aradan qaldırmağa çalışır. Yəni Azərbaycanın da çağdaş dünyanın bu trendindən geri qalması yol verilməzdir. Ən azından ölkəyə gətirilən düyünün, şəkərin və buğdanın GMO olmadığını öyrənmək üçün bu addım atılmalıdır.

Vahid Məhərrəmov genetik dəyişdirilmiş bəzi məhsulların Azərbaycanın iqtisadi dirçəlməsinə səbəb ola biləcəyini bildirir. “Götürək pambığı. Genetik dəyişdirilmiş pambıq hektardan 7 tona qədər məhsul götürməyə imkan verir. Bu, Azərbaycanın əkilməyən 400 min hektara yaxın ərazisinə can verər. Hazırda ölkədə pambığın məhsuldarlığı hektar üzrə 2 tondan artıq deyil. GMO pambıq fermer ailəsinin gəlirini 3-4 dəfə artıraraq hektar üzrə 1500 dollara qədər artıra bilər. Elə kən aidəsi var ki, 10 hektara qədər torpağı əkilmir. Belə ailələr ildə sahədən 10-15 min dollara yaxın pul götürə bilər. Artıq Amerikada əkilən pambığın 50 faizindən çoxu GMO-dur. Yəni kor-koranə GMO istehsalını qadağan etmək doğru olmaz. Ölkəyə ən sərfəli variantlara üstünlük vermək lazımdır”, - deyə aqrar ekspert vurğulayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *