Kabulda Rusiya səfirliyi yaxınlığında iki güclü partlayış olub
Əfqanıstanın paytaxtı Kabul şəhərində, ölkənin parlamenti və Rusiya səfirliyi yerləşdiyi ərazidə, terrorçu-kamekadzelər iki güclü partlayış törədiblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlardan sonra terrorçuların əlbirləri hadisə yerini mühasirəyə alan yerli polislə atışmaya giriblər.
İlkin məlumata əsasən, bir neçə yaraqlı Helmend vilayətinin qubernatoru Turan Naimim evinə basqın edib.
Mənbə:> Oxu.Az