İctimai nəqliyyatdan istifadə edən nazirlər » AzNews.info -Xəbər portalı

İctimai nəqliyyatdan istifadə edən nazirlər – VİDEO

İctimai nəqliyyatdan istifadə edən nazirlər


Zəngin insanların bahalı maşınlardan istifadə etməsi adi hala çevrilib. Qeyri-adi olan isə yüksək vəzifə tutan və lüks maşınlarda gəzmək imkanı olan insanların ictimai nəqliyyat və velosipedlərdən istifadə etməsidir.

İtaliyanın baş naziri Matteo Renzi Avropanın ən gənc baş naziridir. Renzi sadəcə gənc olması ilə deyil, eyni zamanda gündəlik həyatda velosipeddən istifadə etməsi ilə də tanınır. Nazirin digər bir xüsusiyyəti isə məcbur olmadıqca qalustukdan istifadə etməməsidir.

İctimai nəqliyyatdan istifadə edən nazirlər
İngiltərənin baş naziri Devid Kameron

İşə velosipedlə gedən baş nazirlər sırasında İngiltərənin baş naziri Devid Kameron da var. Kameron eyni zamanda metroda ayaq üstə qəzet oxuyarkən çəkilən şəkli ilə də gündəmə gəlib.

Danimarka Xarici İşlər naziri Martin Lideqard da velosipeddən istifadə edən nazirlərdən biridir. O ölkəsinin enerji qənaətinə töhfə vermək üçün nazirlik binasına və parlamentə velosipedlə gedir.

Hollandiyanın baş naziri Mark Ryutun da velosipeddən istifadə etməsi artıq adi hala çevrilib. 2012-ci ildə Türkiyə prezidenti Abdullah Güllə görüşə velosipedlə gəlməsi isə Türkiyə mətbuatında əks səda doğurub.

Beynəlxalq axtarış sistemi Google-un qrucusu Sergey Brin ABŞ-ın Nyu York şəhərindəki metroda görünüb. 17,5 milyard dollar sərvəti olan 41 yaşlı Brinin bahalı maşınlar yerinə metrodan istifadə etməsi hər kəsin təəccübünə səbəb olub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *