Qadınlar metroda Elgizi pərt elədilər
Tanınmış teleaparıcı Elgiz Əkbər metroda başına gələnləri danışıb.
ANS PRESS-in məlumatına görə, "Günə baxan" verilişinin qonağı olan Elgiz bəy, Kamran Həsənlinin "metrodan istifadə edirsinizmi?" sualını cavablandırarkən metroda başına gələnləri danışıb:
"Məşhurlaşdıqdan sonra bir dəfə metroya minmişəm, onda da peşman oldum. ANS-in yaxınlığında qalıram. Lakin qar yağanda işə hərdən məcbur olub ya ayaqla, ya da metro ilə getməli oluruq. Bir dəfə yenə qay yağırdı, məcburən metrodan istifadə etməli oldum. Qatarı gözləməyərkən bir də baxıram ki, insanlar mənə təəccüblə baxırlar. Yaxınlığımda dayanan yaşlı bir xanım qulağım eşidə-eşidə rəfiqəsinə nə desə yaxşıdı? "Bu Elgiz deyil bacı? Bu lap cındır günündədir ki." Bu sözləri eşidib çox pərt oldum. Mənim avtomobilim var, sadəcə məcbur idim. O gündən sonra metroya minməmişəm".
Mənbə:> ANSPRESS