İtaliyadan Türkiyəyə zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İtaliyadan Türkiyəyə zərbə

İtaliyadan Türkiyəyə zərbə


ABŞ-da rəsmi səfərdə olan İtaliyanın baş naziri Matteo Renzi papa Fransiskə dəstək nümayiş etdirərək Türkiyəyə xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Vaşinqtonda “Georgetown” universitetində tələbəl qarşısında çıxış edən baş nazirə bu istiqamətdə sual verilib.

Həmin universitetin Furqan Pəhlivan adlı türk əslli tələbəsi, “papa Fransisk 1915-ci il hadisələrinə “soyqırımı” dedi. Rəsmi Romanın bu məsələdə mövqeyi nədir?” – sualını verib.
Renzi isə katolik lideri və onun fikirlərini dəstəklədiyini ifadə edib:

İtaliya hökumətinin bu məsələdə mövqeyi açıqdır. Xarici işlər nazirimiz Türkiyə hökumətinin papaya qarşı verdiyi reaksiyalara görə mövqeyimizi nümayiş etdirdi. Papa 1 əsr əvvəl baş vermiş hadisələr barədə olduqca açıq medaj verdi. Ərdoğan və həmkarımın (Davudoğlu) reaksiyası mənfi oldu. Bundan sonra xarici işlər nazirimiz Türkiyə hökumətinin bu reaksiyasını tənqid etdi”

Qeyd edək ki, İtaliya rəsmiləri müxtəlif zamanlarda 1915-ci il hadisələrini “soyqırımı” kimi qəbul etdiklırini desələr də bu məsələ ölkə parlamenti tərəfindən rəsmən qəbul olunmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *