Baş nazirin şok edən maaşı
Ukrayna baş naziri Arseni Yatsenyukun nə qədər maaş aldığı məlum olub.
ANS PRESS-in məlumatına görə, bu barədə "112 Ukrayna" telekanalı xəbər yayıb.
Bildirilir ki, 2015-ci il yanvar ayında Ukrayna baş naziri Arseni Yatsenyuka 8 526 qrivna (320 dollar) əmək haqqı alıb.
Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti bu informasiyanı təsdiqləyib. Xəbərdə qeyd edilir ki, baş nazirin maaşı bundan da aşağı düşə bilər. Baş nazirin bu qədər aşağı maaşının alması ilə ölkədə gedən münaqişənin davam etməsi göstərilir. Belə ki, dövlət büdcəsi demək olar ki, yox səviyyəsindədir.
Qeyd edək ki, Arseni Yatsenyuk keçən il fevralın sonlarında Ukraynanın baş naziri seçilib.
Mənbə:> ANSPRESS