Ruslar Ukraynaya buraxılmayacaq
Ukrayna Nazirlər Kabineti sərəncamı 1 mart 2015-ci il tarixdən Rusiya vətəndaşlarının ölkə ərazisinə girişinə ciddi maneəçilik yaradıb.
ANS PRESS-in məlumatına görə, həmin tarixdən Rusiya vətəndaşları daxili pasportla (şəxsiyyət vəsiqəsi - red.) və yaşı 14-ə qədər olanlar doğum haqqında şəhadətnamə ilə Ukraynaya daxil ola bilməyəcəklər.
Sənəd bu gün Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub. Sənədi baş nazir Arseni Yasenyuk imzalayıb.
Beləliklə, martın 1-dən rusiyalılar Ukraynaya yalnız xarici pasport təqdim edərək gələ bilərlər. Bundan başqa, diplomatik və xidməti pasportlar, həmçinin dənizçi pasportu da keçərli olacaq.
Mənbə:> ANSPRESS