Saakaşvili yalançılıqda ittiham olunur – FOTO
Böyük iddialarla qubernator olan Mixail Saakaşvilinin bu dəfə bəxti gətirməyib. Ukrayna prezidentinin saytında qubernatoru olduğu Odessa şəhərinin sakinləri tərəfindən onun istefaya göndərilməsi ilə bağlı ərizə daxil olub.
ANS PRESS-in məlumatına görə, sayta göndərilən petisiyada iddiaçılar Saakaşvilinin qubernator kimi fəaliyyət göstərdiyi üç ay ərzində verdiyi vədin heç birini yetirmədiyini yazırlar.
"Odessa ərazisinin sakinləri həqiqi bir islahat həyata keçirildiyinin şahidi olmayıb. Saakaşvilinin bütün islahatları yalnız sözdə qalıb. Müsahibə verməyi xoşlayan qubernator korrupsiya ilə mübarizəni yalnız telekanallarda aparıb”, – deyə iddiaçılar yazır.
Həmçinin sənəddə deyilir ki, Saakaşvilinin vədlərinə baxmayaraq regiona investisiyalar cəlb edilmir. "Ukrayna prezidentindən Mixail Saakaşvilini tutduğu vəzifədən azad olunmasını xahiş edirik. Sınağımız uğursuz oldu”, - deyə ərizədə yazılıb.
Sənədin altında 56 nəfərin imzası var.
Mixail Saakaşvilinin istefası ilə bağlı petisiya
Əgər petisiya sayta yerləşdirilən gündən üç ay müddətində 25 min səs toplayarsa, o birbaşa baxılması üçün Ukrayna prezidenti Pyotr Poroşenkoya təqdim ediləcək. Son qərarı prezident ərizə ona təqdim ediləndən sonra 10 gün müddətində cavabladırmalıdır.
Bir neçə gün əvvəl isə Saakaşvili baş nazir olması üçün başladılan petisiyada (imzatoplama) tələb olunan səsi toplamışdı. Ukrayna prezidentinin saytında yerləşdirilmiş ərizədə sabiq prezidentin 25 000-dən çox səs topladığı görülür. 1 sentyabrda elan edilən kampaniyanın mətnində Ukrayna prezidentindan Saakaşvilinin baş nazir təyin edilməsi xahiş edilirdi. Ukrayna prezidenti Pyotr Poroşenko ona göndərilən petisiyaya cavab verərkən, bildirib ki, Mixail Saakaşvili yaxşı baş nazir ola bilər, amma dogma vətəni Gürcüstanda.
Petro Poroşenko və Mixail Saakaşvili
Mixail Saakaşvili Gürcüstanın sabiq prezidentidir. Hazırda Uraynanın Odessa şəhərinin qubernatoru vəzifəsində çalışır. Təyin olunduğu gündən daima korrupsiyaya və özbaşnalığa qarşı sərt qaydalar tətbiq etməsi ilə tanınır. O, rüşvətxor idarə, təşkilat və hüquq-mühafizə oraqanları əməkdaşlarını dərhal vəzifəsindən azad edib. Saakaşvilinin əmri ilə dəniz qırağında yerləşən Kiyev oliqarxlarına məxsus hasarlanmış ərazilər sökülüb.
Mənbə:> ANSPRESS