Ermənistan rusiyalılar üçün pasport rejimini ləğv edir
Ovik Abramyan göstəriş verdi.
Ermənistan Rusiya vətəndaşlarına ölkəyə girişə xarici pasport ilə deyil, Rusiyadaxili pasport ilə icazə verəcək.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, hökumətin iclasında cümə günü Ermənistanın baş naziri Ovik Abramyan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyana bu məsələyə dair rusiyalı həmkarı ilə danışıqlara başlamaq barədə göstəriş verib.
“Yalnız 10% Rusiya vətəndaşının xarici pasportu olması barədə məlumat var. Avrasiya İqtisadi İttifaqının üzvü kimi bu istiqamətdə işə başlamaq lazımdır ki, Rusiya Federasiyası vətəndaşları Ermənistana daxili pasport ilə səfər edə bilsinlər. Bu, turizmin, iqtisadi əlaqələrin inkişafına təkan verəcək”, - O.Abramyan parlamentin iclasında deyib.
Mənbə:> Oxu.Az