Nazir: Nöqsanlara yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək
TDƏŞ-in Astanada keçiriləcək xarici işlər nazirlərinin şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl Xarici İşlər Naziri Elmar Məmmədyarov KİV nümayəndələrinə açıqlamasında bildirib.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Açıqlamada deyilir ki, bütün dövlət qurumlarında olduğu kimi xarici işlər nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir.
Möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edirlər.
Mənbə:> Oxu.az