Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər

Bastrıkin: Ukrayna milliyyətçiləri Qarabağda döyüşüblər


Ukraynada çevrilişdə iştirak edən sağ milli-radikal hərəkatın liderləri, müxtəlif qaynar nöqtələrdə, eləcə də Qarabağda döyüşüblər, bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində Rusiya Federasiyasının İstintaq Komissiyasının sədri Aleksandr Bastrıkin bildirib, Oxu.Az xəbər verir.

“Çeçen Respublikasında törədilən cinayət işləri üzrə müəyyən edilib ki, Ukraynada 2014-cü ilin fevralında çevrilişdə iştirak edən sağ milli-radikal hərəkatın liderləri, vaxtilə Çeçenistanda qanunsuz bandit qruplaşmalarda döyüşüblər, buna qədər isə Dnesteryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və digər qaynar nöqtələrdə münaqişələrdə iştirak ediblər”, - Bastrıkin qeyd edib.

Onun sözlərinə görə, onlar məhz orada yalnız hərbi əməliyyatlar sahəsində deyil, eləcə də ideoloji müharibənin aparılmasına dair təcrübə yığıblar, yığdıqları təcrübəni isə Ukraynada siyasi vəziyyəti pozmaq üçün tətbiq ediblər.

Qeyd edək ki, hələ 2010-cu ildə Ukrayna Milli Assambleyasının – Ukrayna milli özünü müdafiəsinin (UMA-UMÖM) icra komitəsinin sədri Mikola Karpyuk Vesti.Az-a verdiyi müsahibəsində, Ukrayna milliyyətçilərinin Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün qorunması uğrunda döyüşdüklərini bəyan etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *