Almaniyada mültəcilərin sığınacağı yandırıldı » AzNews.info -Xəbər portalı

Almaniyada mültəcilərin sığınacağı yandırıldı

Almaniyada mültəcilərin sığınacağı yandırıldı


Almaniya Tübinqen vilayətinin Rotenburq şəhərində mültəcilərə məxsus sığınacaq hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, irqçilərdən ibarət naməlum qrup 84 mültəcinin yerləşdirildiyi konteyner şəhərciyini yandırıb. Hücum zamanı 5 nəfərin xəsarət aldığı, mültəcilərin pəncərələrdən çıxaraq xilas olduqları bildirilir. Polis rəsmiləri yaralılardan ikisinin tüstüdən zəhərləndiyini, 3 nəfərin isə pəncərədən tullanarkən xəsarət aldığını, yaralıların xəstəxanada müalicə olunduqlarını bildirib. Yanğının dəqiqsəbəbləri hələlik bilinmir.

Bir müddət əvvəl Almaniyanın cənub-qərb ərazisində yerləşən mültəcidüşərgəsi oxşar hücuma məruz qalmışdı. İyul ayında Remşinqen, avqustda isə Veysaç Talda mültəcilərə aidsığınacaqlar yandırılmışdı. Ötən şənbə günü isə Nekkarqemünddə 50 mültəcinin qaldığı bir bina yandırılmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *