“Qaçqınlar xoş gəlib” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

“Qaçqınlar xoş gəlib”

“Qaçqınlar xoş gəlib”


Firəvan həyat və iş tapmaq məqsədilə Yaxın Şərq və Afrika ölkələrindən Avropaya keşməkeşli yollarla gəlib çıxan miqrantlara dəstək olmaq məqsədilə Parisin mərkəzi meydanına minlərlə insan toplanıb.

ANS PRESS-in məlumatına görə, əllərində “Qaçqınlar xoş gəlib” yazılı plakatlar tutan sakinlər və ictimai fəallar, miqrantlarla həmrəy olduqlarını ifadə edib, Fransa hökümətini qaçqınların sərbəst keçidi və ölkədə yerləşməsinə şərait yaratmağa çağırıb.

“Fransanın da Almaniyadan nümunə götürməsini istəyirəm. Yəni miqrasiya probleminin bütün səviyyələrində həllini tapması üçün daha çox işlər görülməlidir. Bu çox mürəkkəb problem olsa da, hər kəs öz payına düşən işini görsə , nələrisə dəyişə bilərik”, deyə Fransa vətəndaşı Ameli Raçmoud bildirib.

Fransada qaçqınlara sığınacaq verilməsi sualı baxımından ictimai rəy ikiyə bölünür. Almaniyadan fərqli olaraq işsizliyin yüksək olması fonunda bir çoxları anti-immiqrasiya ölçülərini dəstəkləyir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *