Aİ Azərbaycanı dəstəkləyəcək
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin Lüksemburqda keçirləcək görüşündə Rusiya ilə münasibətlər, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın dəstəklənməsi məsələsi müzakirə ediləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Lüksemburqda keçirləcək görüşdən öncə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Moqerini bildirib.
“Diqqətimizi şərqdəki tərəfdaşlarımıza, Ukraynadakı böhrana yönəltdiyimiz halda, Liviya, Suriya və Yaxın Şərqdə baş verənləri unutmamalıyıq.
Ona görə də biz Rusiya ilə münasibətlərimizlə bağlı açıq və uzaqgörən müzakirə aparacağıq. Ukraynadan başlayaraq, Şərqdəki dostlarımızın - Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanla münasibətlər və onların dəstəklənməsinə dair məsələlərdən danışacağıq", - Federika Moqerini vurğulayıb.
Mənbə:> Oxu.Az