Türkiyə Azərbaycana yardım təklif etdi
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, səfirliyin Twitter hesabında məlumat yayan elçilik Azərbaycan xalqına “keçmiş olsun” deyib.
“Bu gün Azərbaycanın Oğuz və Şəki rayonları ərazisində baş verən zəlzələ ilə əlaqədar Azərbaycanlı qardaşlarımıza “keçmiş olsun” deyir, Türkiyənin ehtiyac duyula biləcək hər cür kömək göstərməyə hazır olduğunu bildirmək istəyirik”, - deyə, səfirlikdən bildiriblər.
Mənbə:> Oxu.Az