Çurov Bakıya gəlmək istəyir
Rusiyanın Mərkəzi Seçki Komissiyası Yunanıstan və Türkiyədə keçiriləcək növbədənkənar seçkiləri müşahidə edəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Komissiyanın rəhbəri Vladimir Çurov bildirib.
Yunanıstanda parlament seçkiləri sentyabrın 20-də, Türkiyədə isə noyabrın 1-də keçiriləcək.
Çurov həmçinin Belarusda prezident seçkilərinə müşahidəçi qismində qatılacağını da planlaşdırır. O, Azərbaycan və Argentinada keçiriləcək seçkiləri də müşahidə edəcəyini istisna etmir.
“Mən Belarusa getməyi, əgər həkimlər icazə versələr, Argentinaya da getməyi planlaşdırıram”, - deyən V.Çurov əlavə edib ki, Azərbaycana da parlament seçkilərinə gedə bilər.
Mənbə:> Oxu.Az