Estoniya vətəndaşı Azərbaycanı seçdi
Estoniya Respublikası bugünkü iclasında ölkənin 20 vətəndaşını vətəndaşlıqdan azad etmək niyyətindədir.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Estoniyanın Daxili İşlər Nazirliyinin hazırladığı qərar layihəsinə əsasən adıçəkilən şəxslərin arasında 18 nəfəri daimi olaraq xaricdə yaşayır. Estoniya vətəndaşlığından azad edildikdən sonra onlar hal-hazırda yaşadıqları ölkənin vətəndaşlığını qəbul etmək niyyətindədir.
Onlardan 10 nəfər Rusiyada, 4 nəfər Fransada, 2 nəfər Belarusda, 1 nəfər İsveçdə və 1 nəfər Niderlandda yaşayır.
Estoniya vətəndaşlığından azad edilən daha 2 nəfər daima Estoniyada yaşasalar da, öz seçimlərini Finlandiya və Azərbaycanın xeyrinə ediblər.
“Adətən insanlar Estoniya vətəndaşlığından uzun müddət daimi yaşadıqları ölkənin vətəndaşlığı üçün imtina edirlər”, - Estoniyanın polis və sərhəd mühafizəsi departamentində bildiriblər.
Mənbə:> Oxu.Az