Lavrovun Bakıya qəfil səfəri suallar doğurur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Lavrovun Bakıya qəfil səfəri suallar doğurur – VİDEO

Lavrovun Bakıya qəfil səfəri suallar doğurur


Lavrovun Bakı səfəri həm Rusiyada, həm də Azərbaycanda maraqla qarşılanıb. Rusiyanın xarici siyasətini müəyyən edən şəxsin qəflətən Bakıya gəlişi rezonans doğurmaya bilməzdi. Ən azından səfər avqustun 28-dək planlaşdırılmamışdı. Lavrovun görüşləri mətbuat üçün qapalı olacağı da açıqlanmışdı.

Politoloqların təbirincə desək, çox güman ki, Lavrovu Bakıya gətirən çox vacib səbəblər var.

Əsas müzakirə mövzusu isə həmsədr ölkələrdən biri Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarıdır.

Hələ may ayında Moskvada Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşmüş, Qarabağ probleminin həlli ilə bağlı təkliflərini vermişdi.

Politoloq Rasim Musabəyov hesab edir ki, iki ölkənin xarici işlər nazirlərinin Bakı təmaslarında Rusiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi təkliflər incələnib:

“Hesab edirəm ki, Moskva görüşündə Lavrov vasitəsilə Dağlıq Qarabağ münaqişəsnini həlli ilə bağlı Azərbaycana müəyyən təkliflər göndərilmişdi. Görünür Moskvanın gözlədiyi reaksiya alınmayıb. Fikrimcə, Rusiyanın təkliflərinin məqbul olduğuna inandırmaq və bu barədə izahatlar vermək üçün Lavrov şəxsən Bakıya gəlir”.

Əsas təklifin cəbhədə artan gərginlik fonunda Rusiyanın münaqişə zonasına sülhməramlı qüvvələri yerləşdirmək arzusu olduğu söylənilir.

Bu təklifi Rusiyanın başqa bayraq altında öz qüvvələrini bölgədə yerləşdirmək cəhdi adlandıranlar da var. Amma ortada bir Türkiyə faktoru da var.

Xarici işlər nazıri Elmar Məmmədyarovun Türkiyə səfəri, ardınca Baş nazir Əhməd Davudoğlunun Azərbaycanla bağlı verdiyi bəyanatın önəmi böyükdü.

Davudoğlu demişdi ki, Türkiyə olan yerdə Azərbaycanın sərhədlərində heç bir problem ola bilməz və Türkiyə hər zaman Azərbaycanın yanındadır.

İki ölkənin Hərbi Hava Qüvvələrinin birgə təlimləri də bu günlərə təsadüf edir. Bu isə o deməkdir ki, Azərbaycanın dayaqları kifayət qədər möhkəmdir və bu danışıqlarda özünə arxayın, bərabər şəkildə danışıqlarda iştirak edir.

Lavrov cəbhədə artan gərginlik fonunda münaqişənin yenidən alovlanması xəbərdarlığı da edə bilər. Səfər Ermənistanın cəbhədə növbəti təxribatı ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan işğal etdiyi Azərbaycan torpaqlarına səfər edib.

Bununla işğalçı böyük qardaşına mesaj verə bilər, lakin Rusiya Azərbaycanın bölgədə liderliyini anlayır və onunla hesablaşır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *