Azərbaycanın xəbərdarlığına məhəl qoymadı: Oğlu ilə konsert verdi
İyul ayında Dağlıq Qarabağa qanunsuz səfər etməklə rəsmi Bakının etirazına səbəb olan rusiyalı müğənni Lyubov Kazarnovskaya buna məhəl qoymayaraq yenidən Xankəndinə gəlib.
AzNews.info modern.az-a istinadən xəbər verir ki, opera müğənnisi ötən gün Xankəndinin mədəniyyət və gənclər sarayında konsert proqramı ilə çıxış edib. Konsert zamanı onu pianoçu Anna Krivçova, skripkaçı Alkesandr Bronveyber müşayiət edib.
Bundan başqa, italiyalı opera müğənnisi Niukola Uliveri, serbiyalı Vişnya Radoslav də konsertin iştirakçılarından olub. Lyubov Kazarnovskayanın oğlu, Moskva konservatoriyasının təlbəsi olan skripaç Andrey Rosçik də Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərdən olub.
Bu gün isə Xankəndinin mərkəzində Lyubov Kazarnovskyanın bədii rəhbərliyi altında Cüzeppe Verdinin “Rekviem” əsəri tamaşaya qoyulacaq. Tamaşa Ermənistanın birinci xanımı Rita Sarqsyanın təşkilatçılğı ilə baş tutacaq. Konsertə Ermənistan prezidenti Serj Sarkisyan və yerli separatçıların lideri Bako Saakayn da tamaşa edəcək.
Mənbə:> Modern.az