Kazarnovskaya yenidən Qarabağa gəlir
Dünya şöhrətli opera müğənnisi Lyubov Kazarnovskayanın və onun “Səs və skripka” akademiyasının gənc vokalçılarının “Musiqili sürprizlər” adlı konserti avqustun 29-da tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın “paytaxtı” – Stepanakertdə (Xankəndi – red.) keçiriləcək. Bu barədə “DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, məlumata müvafiq olaraq, konsertin xüsusi qonağı Nikola Uliveri (bas) olacaq. Konsertin musiqili müşayiətini pianoçu Anna Krivtsova və skripkaçı Aleksandr Bronveyber təmin edəcək.
Layihənin sponsoru Qayk Maqakelyanın xeyriyyə fondudur.
Qeyd edək ki, Lyubov Kazarnovskaya Azərbaycanın Xarici İşlər Nazirliyinin tərtib etdiyi “arzuolunmaz şəxslər” siyahısındadır.
Mənbə:> Oxu.Az