İsrail əsgərinin 11 yaşlı fələstinliyə qarşı amansız hücumu – FOTO + VİDEO
Fələstinli qadınlar oğlanın köməyinə gəliblər.
İsrail hərbçisinin qolu gibsdə olan 11 yaşlı fələstinli oğlanı saxlamaq cəhdini əks etdiən fotoşəkillər və video ötən həftə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, insident avqustun 27-də Ramallanın yaxınlığında Nəbi Saleh qəsəbəsində İsrail hakimiyyətinə qarşı keçirilən etiraz aksiyası zamanı baş verib. Hərbçilər və yerli sakinlər arasında qarşıdurma baş verib və yerli sakinlər əsgərlərə daş atmağa başlayıblar.
İsrail əsgərlərindən biri daş atan oğlanı saxlamaq istəyib. Fələstinli qadınlar və qızlar oğlanın köməyinə gəliblər və onu əsgərin əlindən ala biliblər. Nəticədə əsgər yüngül yaralar alıb.
Oğlanın atası CNN-ə bildirib ki, hər bir valideyn üçün övladının belə amansız hücuma məruz qalmasını görmək çox çətindir.
Mənbə:> Oxu.Az