Abdullah Öcalandan çağırış: silahları yerə qoyun
Terrorçu lider Abdullah Öcalan sentyabrın 1-də terrorçulara müraciət edəcək. ANS PRESS-in məlumatına görə, bu sözləri “CNN Türk” kanalında “Ağıl çəmbəri” verilişində qonaq olan akademik Ramazan Topdemir deyib. Topdemir Öcalanın Dünya sülh günündə sülh çağırışı edəcəyini iddia edib.
HDP-nin müvəqqəti hökumət üçün nazir verməsinin kürd ictimaiyyəti baxımından siyasi divident olacağını deyən Topdemir AKP ilə arada olan buzların əriyəcəyini deyib. Akademik həmçinin Abdullah Öcalanın təşəbbüsü ələ alaraq səhnəyə çıxacağını deyib:
“Kürdlər baxımından siyasi divident və gərginliyin azalması vəziyyəti yaranacaq. İddia edirəm, 1 sentyabr Dünya sülh günü Abdullah Öcalan silahları yerə qoyun deyəcək və sülh çağırışı edəcək.”
Abdullah Öcalan ötən həftə “sülh prosesi”nin pozulmasına və Türkiyə Silahlı Qüvvələri (TSK) ilə PKK arasında atəşkəs razılaşmasının qüvvəsini itirməsinə görə HDP-ni ittiham etmiş və onlarla görüşdən imtina etmişdi.
Mənbə:> ANSPRESS