İnterpol German Sterliqovun axtarışını dayandırdı
İnterpol rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə biznesmenin vəkili Artur Ayrapetov “Rus xəbərlər xidməti”nə bildirib.
“İnterpol siyasi motivlər əsasında təqib edilən şəxsləri axtarışa vermir. Azərbaycan tərəfi German Sterliqovu məhz siyasi səbəblərə görə axtarışa verib. Onun adı İnterpolun bazasında təxminən 10-15 gün qalıb. Avqust ayının 21-dən etibarən Sterliqovun beynəlxalq axtarışı dayandırılıb”, - vəkil izah edib.
Mənbə:> Oxu.Az