Qadın terrorçunu öldürdülər və çılpaq şəklini çəkdilər
Türkiyədə atışma zamanı öldürülən qadın terrorçunun soyundurularaq bu vəziyyətdə çəkilən şəkillərinin sosial şəbəkədə yayılması barədə istintaq başladılıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Muş vilayətinin Varto rayonunda baş vermiş hadisəyə görə istintaqı Muş meriyası başladıb.
Meriyanın yaydığı bəyanatda, 2015-ci il avqustun 10-da Varto rayonunda təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülən PKK mənsubu qadına aid bəzi görüntülərin sosial şəbəkələrdə yayıldığının müəyyən olunduğu bildirilib. Bəyanatda həmçinin görüntülərin yayılmasının ictyimaiyyət və və meriya tərəfindən qəbul edilməyəcək şəkildə olduğu vurğulanıb.
“Bu görüntüləri çəkən, yayan və sosial şəbəkəyə ötürən şəxs və ya şəxslər barədə inzibati və ictimai istintaq başladılıb.” – deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, avqustun 10-da Muş vilayətinin Varto rayonunda Türkiyə Silahlı Qüvvələri (TSK) ilə PKK terrorçuları arasında atışma olub. İnsident zamanı öldürülərək zərərsizləşdirilən qadın terrorçunun paltarı çıxarılaraq şəkli çəkilmiş və bu vəziyyətdə sosial şəbəkədə paylaşılmışdı. Bu hadisə kəskin etirazla qarşılanmışdı.
Mənbə:> ANSPRESS