İŞİD xorvatiyalı əsirin başını kəsdi
İŞİD terror qruplaşnasının üzvləri xorvatiyalı əsir Tomislav Salopeki edam ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Al Arabia telekanalı məlumat yayıb.
Məlumata əsasən, 31 yaşlı iki uşaq atası başı kəsilərək edam edilib.
Xatırladaq ki, Tomislav Salopek iyulun 22-də Qahirədə əsir götürülmüşdür.
Mənbə:> Oxu.Az