Terrorçular 2 Azərbaycan vətəndaşını girov götürüb
Türkiyənin Jandarma Komandanlığından Azərbaycan respublikasının Qarsdakı Baş Konsulluğuna verilən məlumata görə, hadisə zamanı sərnişin avtobusunda 2 Azərbaycan vətəndaşı olub.
Bu barədə ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmıətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, onların ümumvətəndaş pasportları ilə əlaqədar hər hansı problem yoxdur. Hər bir halda Baş konsulluq həmin vətəndaşlara lazımi konsulluq xidmətlərini göstərməyə hazırdır.
Sərnişin avtobusunda əlavə Azərbaycan vətəndaşlarının olması məsələsi araşdırılır.
Hikmət Hacıyev
Azərbaycanın Qarsdakı konsulu Ayxan Süleymanlı PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü azərbaycanlılar barədə açıqlama verib.
Ayxan Süleymanlı ANS PRESS-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib.
Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.
Ayxan Süleymanlının sözlərinə görə, Konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür.
PKK terrorçuları sərnişin avtobusuna hücum edib
Erzurumda təhsil alan azərbaycanlı tələbə Səbri Musayev ANS PRESS-ə bildirib ki, Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar. Ötən gecə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş.
Girov götürülən digər azərbaycanlıların Iğdırda yaşayan azərbaycanlılar olduğu ehtimal edilir.
Mənbə:> ANSPRESS