Donetskdə silahlıların girov götürdükləri azərbaycanlı tələbələr azad edilib
Ukraynanın Donetsk şəhərində iki azərbaycanlı tələbə silahlılar tərəfindən girov götürülüb.
Onlar bir müddət saxlandıqdan sonra danışıqlar nəticəsində azad olublar.
Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, bunlar Ukrayna vətəndaşları, Donetsk Dövlət Sağlamlıq, Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbələri, 20 yaşlı Natiq Quliyev və İlqar Aslanovdur.
Onlar mayın əvvəlində silahlılar tərəfindən girov götürülüblər.
Tələbələr aparılan danışıqlar nəticəsində 6 gün əvvəl azad olunublar. Onların səhhətində heç bir problem yoxdur.
Mənbə:> APA