Georgi Mqebrişvili Gürcüstanın DİN başçısı oldu
Gürcüstanın cəzaların icrası və probasiya naziri Georgi Mqebrişvili ölkənin DİN başçısı vəzifəsinə təyin olunub.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili bəyan edib.
“Georgi Mqebrişvili cəzaların icrası və probasiya üzrə uğurlu nazir olub, nazirlikdə uğurlu islahatlar həyata keçirib. Əminəm ki, o DİN başçısı postunda effektiv işləyəcək”, - baş nazir deyib.
Öncə məlum olub ki, DİN başçısı Vaxtanq Qomelauri Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizəd qismində təqdim olunub.
Mənbə:> Oxu.Az