“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”
“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, o, jurnalistlərə hadisə ilə bağlı açıqlama verib. Abutalıbov bildirib ki, təxribat variantı da istisna edilmir: “Təxribat ehtimalı üzrə araşdırma aparılır. Prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq.
Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar. Ekspertiza həmin üzlüklərin insan həyatına ziyanlı olub olmaması ilə bağlı qərar verəcək”.
Mənbə:> Qafqazinfo.az