İş adamlarıının həbsi parlamentdə də müzakirə olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

İş adamlarıının həbsi parlamentdə də müzakirə olundu

İş adamlarıının həbsi parlamentdə də müzakirə olundu


APA-nın məlumatına görə, çıxış edən deputat Zahid Oruc bildirib ki, banka borcu olan iş adamlarının həbsi ilə bağlı ayrı-ayrı qüvvələr tərəfindən ajiotaj yaradılır.

Deputat Azərbaycan prezidentinin ötən günkü fikirlərini xatırladaraq deyib: “Azərbaycanda sahibkarlara geniş şərait yaradılıb. Amma yetər ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər. Son vaxtlar bu qanunu pozanlara qarşı dövlət ciddi tədbir görür, amma bəziləri bunun ətrafında ajiotaj yaradırlar”.

Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə belə reaksiya verib: “Ajiotaj yaradanlar məlumdur. Qarşıdan Avropa Oyunları gəlir və bundan istifadə etmək istəyirlər. Qaldı ki, o iş adamları ilə bağlı məsələ, heç bir narahatçılıq yoxdur, dövlət orqanları var və kredit borcları ilə bağlı lazımı tədbirləri görür. Hamı qanuna tabe olmalıdır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *