"İnteresni" adamdır" - Spiker
“Mobil operatorlar tərəfindən abonentlərə çox sayda bezdirici reklam SMS-ləri göndərilir. Dəfələrlə bu barədə danışmağımıza baxmayaraq məsələ hələ də həllini tapmayıb”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Elmira Axundova parlamentin plenar iclasında çıxışında deyib. O bildirib ki, artıq tək bir yol qalıb. "Mən xahiş və tələb erdirəm ki, bu mesajlara son qoysunlar, əhalinin cibini boşaltmasınlar. Əks halda mən bu qurumu məhkəməyə verəcəyəm”.
Spiker Oqtay Əsədov isə xanım deputatın fikirlərinə münasibət bildirib. O.Əsədov reklam haqqında qanunda bu məsələni ətraflı müzakirə etməyi təklif edib. Bu zaman E.Axundova yerdən replika atıb.
Spikerin bu replikaya cavabı gecikməyib: “Mən burda söz deyirəm, siz ordan danışırsız. “İnteresni” adamdır”.
Mənbə:> ANSPRESS