Millət vəkili: "Siz özümüzünkülərsiz" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Millət vəkili: "Siz özümüzünkülərsiz"

Millət vəkili: "Siz özümüzünkülərsiz"


Litva respublikasının Müstəqillik günü Bakıda qeyd olunub. ANS PRESS-in məlumatına görə, tədbirin rəsmi hissəsində Litva respublikasının himni Litvadan təşrif buyuran Riqanın 4 ahəngi "Harmony 4 Riqa" kvarteti tərəfindən səsləndirilib.

Bu, sözügedən kvartetin ölkəmizə ilk səfəri deyil. "Harmony 4 Riqa" Masallıda keçirilən builki folklor festivalının laureatı olub.

Bayram tədbirində iştirak edən tanınmış jurnalist və millət vəkili Elmira Axundova kvartetin Masallı camaatı arasında yaxşı tanındığını bildirib. Musiqili qrup haqqında çox gözəl fikirlər səsləndirən Elmira xanım, millət vəkili olduğu Masallı rayonu adından da bu qrupu salamlayıb və onlara "Siz bizim özümüzünkülərsiz və sizin Masallıya yeni səfərinizə ümid edirik!".

Beləcə, Litva səfirliyi bayram təntənəsində ölkəsinin məşhur kvartetinin mini konsertini təşkil etməklə gecəni yaddaqalan edə bildi.

Qeyd edək ki, Masallıda hər il beynəlxalq musiqi festivalları keçirilir. Builki festivalda 6 xarici ölkə iştirakçıları arasında Litva respublikası da olmuşdu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *