Deputatdan maraqlı təklif
Beynəlxalq təşkilatalarda Azərbaycan dilində çıxış edək. ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında deyib.
“Azərbaycan parlament heyətləri beynəlxalq təşkilatlatlarda çox fəal çalışırlar. Mən təklif edirəm ki, biz çıxışımızı Azərbaycan dilində edək”.
Deputatın sözlərinə görə, digər ölkə nümayəndələri beynəlxalq təşkilatlarda öz dillərində çıxış edir: “Niyə biz də öz dilimizdə çıxış etməyək? Bunun üçün elə də çox böyük xərc tələb olunmur. Bir tərcüməçi ilə bu məsələni həll etmək olar”.
Parlamentin spikeri Oqtay Əsədov isə deputatın bu təklifinə münasibət bildirib. O qeyd edib ki, əgər bu mümkün olarsa gələcəkdə bu məsələni dəyərləndirmək olar.
Mənbə:> ANSPRESS