Rəsmi Bakıdan Afinaya cavab » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

Rəsmi Bakıdan Afinaya cavab

Rəsmi Bakıdan Afinaya cavab


Yunanıstan nümayəndələrinin Azərbaycan qazının Avropaya satışı üçün nəzərdə tutulmuş Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılması ilə bağlı ayrı-ayrı bəyanatları nəzakətsizdir.

Bu barədə energetika naziri Natiq Əliyev açıqlama verib.

Onun sözlərinə görə, Yunanıstan tərəfinin fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasında yüksək səviyyədə iştirak etməsi və əvvəlki bütün sazişləri dəstəkləmələri, onlara sadiq qalmaları barədə bəyanatları kifayət edir.

Nazir qeyd edib ki, TAP Avropa layihəsidir: "Fikrimcə, Avropa, Aİ yarana biləcək məsələlərə müvafiq təsir göstərməlidirlər".

N.Əliyev əlavə edib ki, kimlərinsə ayrı-ayrı bəyanatlarının heç bir əhəmiyyəti yoxdur, çünki bizim beynəlxalq tanınmış sənədlərimiz var: "TAP Yunanıstan hökuməti ilə artıq çoxdan müvafiq saziş bağlamış konsorsiumdur. Yunanıstan hökuməti isə öz növbəsində, Albaniya və İtaliya ilə bənzər sazişlər imzalayıb".

Onun sözlərinə görə, TAP layihəsi digər layihələr kimi inkişaf edir: "Azərbaycanda işlər sürətlə gedir, biz bütün qrafik və proqramları qabaqlayırıq - həm "Şahdəniz" üzrə quyuların qazılması, platformaların inşası, boruların tədarükü və sair, həm də "Cənubi Qafqaz qaz kəməri"nin genişləndirilməsi layihəsi üzrə".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *