Türkiyə parlamentinin sədri əməliyyat olundu
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman ürəyindən əməliyyat olunub.
“Qafqazinfo”xəbər verir ki, Güvən xəstəxanasında əməliyyat olunan İ.Qəhrəmanın vəziyyətinin yaxşı olduğu bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatdan əvvəl sədri ziyarət edib və ona yenə baş çəkəcək.
Qeyd edək ki, TBMM sədrinin aorta damarında virus olduğu müəyyənləşib.
Mənbə:> Qafqazinfo.az