Türkiyə parlamentinin yeni sədri Kahraman oldu
Bu gün Türkiyədə ölkənin Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.
Oxu.Az xəbər verir ki, gərgin keçən səsvermə prosesində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili İsmayıl Kahraman TBMM-nin sədri seçilib.
O, 316 səs toplayıb.
Qeyd edək ki, TBMM sədrliyinə parlamentdə təmsil olunan CHP-dən Gülsün Bilgehan, MHP-dən Yusuf Halaçoğlu, HDP-dən Dengir Mir Mehmet Fırat namizəd olublar.
Mənbə:> Oxu.Az