Oktay Əsədov Ərdoğanla görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycanın Milli Məclisinin spikeri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib.
Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, görüşdə Türkiyənin Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman da iştirak edib.
Sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada Azərbaycan Milli Məclisinin spikeri Oktay Əsədov ilə görüşüb.
Görüş Türk hökumətinin rəsmi iqamətgahında keçirilib.
Danışıqlar qapalı rejimdə aparılıb və bir saat davam edib.
Bu gün bir müddət öncə Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.
Mənbə:> Oxu.Az