Talıbovdan qadınlarla bağlı sərəncam
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR-in fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb.
Report-un xəbərinə görə, Əhmədova Şəhla Hüseyn qızına və Əliyeva Gültəkin Budaq qızına “Əməkdar həkim” fəxri adı, Rzayeva Tahirə Həmid qızına isə “Əməkdar müəllim” fəxri adı verilib.
Onlar Naxçıvan Muxtar Respublikasında səhiyyə və təhsil sahələrində səmərəli fəaliyyətlərinə görə təltif olunublar.
Mənbə:> Report.az