Vasif Talıbov onların maaşını artırdı
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının əmək haqqısı artırılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmanla, “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
İndiyədək bu vəsaitin 25%-i istifadə olunurdu.
Mənbə:> Report.az