Gömrükçülərin maaşları artırıldı
Prezident fərman imzalayıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, fərmanda qeyd olunur ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanının 1-ci hissəsində “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilsin".
Qeyd edək ki, fərmanın 1-ci hissəsində deyilir: "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi (yeni fərmanla 50 faiz) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun.
Mənbə:> AzərTAc