“Azərpoçt”un 3 filial rəhbəri işdən çıxarıldı
“Nöqsanlara yol verilib”.
“Azərpoçt” MMC-nin 3 filialının rəhbəri işdən qovulub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Quba, Neftçala və Qazax rayon poçt filiallarının rəisləri fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifələrindən azad olunublar.
Bildirilir ki, bu addım Rabitə v Yüksək Texnologiyalar Nazirliyində aparılan islahatlar çərçivəsində atılıb:
“Fəaliyyətində nöqsanlara yol verən "Azərpoçt" MMC-nin filial rəislərinin siyahısı var. Yaxın günlərdə digər siyahıda adları olan filial rəhbərləri də işindən azad olunacaq”.
Mənbə:> APA