MN: Polkovnik Manafov xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

MN: Polkovnik Manafov xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb

MN: Polkovnik Manafov xidmətdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb


Bəzi kütləvi informasiya vasitələri “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” yazıları yayıblar.

Müdafiə Nazirliyi bildirir ki, yazılarda bəhs edilən Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

Onun məlumatda qeyd olunan Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

Bu barədə Oxu.Az-a Azərbaycan MN-dən bildiriblər.

Qurumdan qeyd ediblər ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi (XTİ) heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.

“Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır”, - deyə, bəyanatda qeyd olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *