Müdafiə Nazirliyi saytlara müraciət etdi: Düşmənə aldanmayın » AzNews.info -Xəbər portalı

Müdafiə Nazirliyi saytlara müraciət etdi: Düşmənə aldanmayın

Müdafiə Nazirliyi saytlara müraciət etdi: Düşmənə aldanmayın


Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir.

“Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur.

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələr barədə ictimaiyyətə mütəmadi xəbər verir və son günlər qoşunların təmas xəttində gedən döyüşlərdə şəhid olanlar barədə də tərəfimizdən rəsmi məlumatlar verilib.

Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elektron kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar.

Müdafiə Nazirliyi erməni tərəfinin və onların məlumatlarını tirajlayan, sensasiya ardınca qaçan bəzi yerli KİV orqanlarının sayıqlamalarına da şərh verməyəcəkdir.

Bu səbəbdən də bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən düşmən təxribatlarına uymamağı və yalnız dəqiqləşdirilmiş rəsmi məlumatları yaymağı tövsiyə edirik”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *