Müdafiə Nazirliyi: "Ermənilər yalan deyir, itki verməmişik" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Müdafiə Nazirliyi: "Ermənilər yalan deyir, itki verməmişik"

Müdafiə Nazirliyi: "Ermənilər yalan deyir, itki verməmişik"

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır.
Virtualaz.org saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır.

Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən Yerevanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *