Rabitə Nazirliyində “böyük təmizləmə”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda aparılan kadr dəyişikliyi davam edir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, nazirin köməkçisi Ehtiram İdris oğlu Kərimov (fotoda - red.) tutduğu vəzifədən azad olunub.
E. Kərimovla yanaşı, nazirliyin ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev də işdən çıxarılıb.
Qeyd edək ki, bundan öncə qurumun aparat rəhbərinin müavini İlham Mərdanov da tutduğu vəzifə ilə vidalaşıb.
Mənbə:> APA