Dünya markası Bakıda: - H&M – FOTOREPORTAJ
Dünən Nərgiz MALL Ticarət Mərkəzində dünyaca məşhur brend olan H&M şirkətinin ölkəmizdəki rəsmi tərəfdaşı “H&M Baku” dükanının açılış mərasimi keçirilib. Açılışda tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tanınmış teleaparıcı Cavid Gül şirkət və açılış proqramı haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra tanınmış modellər H&M şirkətinin geyimlərini podiumda nümayiş etdiriblər.
Xatırladaq ki, H&M şirkəti ilk dəfə 1947-ci ildə İsveçin Vasteras şəhərində açılmışdır. Daha sonra 1968-ci ildə “Erling Persson” ovçular və balışqçılar Mauritz Widforss üçün mağaza olur. Mağazaya həmçinin, kişilər və uşaqlar üçün geyim xətti əlavə edilərək şirkətin adı “Hennes & Mauritz” olur. Şirkət 2800 mağazalar vasitəsi ilə 49-dan çox ölkədə fəaliyyət göstərir.
Nərgiz MALL Ticarət Mərkəzində yerləşən “H&M Baku” bugündən etibarən müştərilərin ixtiyarına verilir. Şirkətin yüksək keyfiyyətli geyimləri həm çeşid, həm qiymət baxımından hər birinizi qane edəcəkdir.
“H&M Baku” şirkətinin rəsmi informasiya tərəfdaşı olan 7News.az informasiya portalı açılışdan hazırladığı fotoreportajı təqdim edir.
Mənbə:> 7news.az