Süleyman Dəmirəl vəfat etdi » AzNews.info -Xəbər portalı

Süleyman Dəmirəl vəfat etdi – VİDEO

Süleyman Dəmirəl vəfat etdi


Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 91 yaşlı siyasətçi yerli vaxtla saat 02.05-də (Bakı vaxtıyla 04.05) nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.

Sami Süleyman Gündoğdu Demirel 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabey rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993 – 2000-ci illər arasında Türkiyənin 9-cu prezidenti olub. 1965 – 1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.

İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çox partiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *