Əhməd Ələsgərov vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Əhməd Ələsgərov vəfat etdi

Əhməd Ələsgərov vəfat etdi


Bu barədə virtualaz.org saytına AFFA-nın mətbuatla əlaqələr katibi Mikayıl Nərimanoğlu məlumat verib.

Əhməd Lətif oğlu Ələsgərov 5 oktyabr, 1935-ci il tarixdə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitutunu bitirən Ə.Ələsgərov 1955-1965-ci illərdə Bakının "Neftyannik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra da futboldan ayrılmayıb. Özünü məşqçilik sahəsində sınayan Əhməd Ələsgərov Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Ə.Ələsgərov Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisi idi.
Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk baş məşqçisi kimi tarixə düşüb.

Məşhur məşqçimizin müstəqil Azərbaycan futbolunda qazandığı bir uğuru xüsusi qeyd etmək istərdik. 2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubumuzda müşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.

Mərhum mütəxəssis Ukraynanın Odessa şəhərində dəfn ediləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *